İsrail ordusu HƏMAS briqadasının komandirinin öldürüldüyünü açıqlayıb

İsrail ordusu HƏMAS briqadasının komandirinin öldürüldüyünü açıqlayıb

16.09.2026 Off By Füzuli İsmayılov

İsrail ordusu Qəzza zolağının Rəfah şəhərində HƏMAS-ın hərbi qanadına məxsus briqada komandirinin öldürüldüyünü açıqlayıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Nail Əbu Ubeyd hədəfə alınmış zərbə nəticəsində öldürülüb. Bildirilib ki, o, Rəfahdakı HƏMAS briqadasına komandanlıq edib.

İsrail ordusu Nail Əbu Ubeydi HƏMAS-ın yüksək rəhbərliyində əsas fiqurlardan biri kimi qiymətləndirib.

Share