Azərbaycanda orta aylıq maaş 20% artacaq

Azərbaycanda orta aylıq maaş 20% artacaq

17.09.2026 Off By Füzuli İsmayılov

Azərbaycanda orta aylıq maaş 2030-cu ildə 1 551,5 manata çatacaq.

Hakimiyyət.info.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Proqnozlara əsasən, 2027-cı ildə ölkədə orta aylıq maaş 1 288,3 manat, 2028-ci ildə 1 369,2 manat, 2029-cu ildə 1 466,9 manat təşkil edəcək.

Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal maaş 20,4% artacaq.

2026-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əmək haqqı 1 176,7 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,2% çoxdur.

Share