Səudiyyə Ərəbistanında vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində 1 nəfər ölüb
17.09.2026Səudiyyə Ərəbistanının Taif vilayətində husilər tərəfindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatı (PUA) vurulub. PUA-nın qalıqlarının yerə düşməsi nəticəsində 1 nəfər həlak olub, 2-si yaralanıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi məlumat yayıb.
İdarənin rəsmi nümayəndəsinin sözlərinə görə, hadisə nəticəsində həlak olan Yəmən, yaralananlar isə Səudiyyə Ərəbistanı və Pakistan vətəndaşlarıdır. Pakistan vətəndaşının vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata görə, hadisə nəticəsində bir neçə binaya və avtomobilə maddi ziyan dəyib.











