Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

17.09.2026 Off By Füzuli İsmayılov

Sentyabrın 17-də Çinin xarici işlər naziri Van İ ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Hakimiyyet.info.az Çin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, tərəflər iki ölkə arasında məsələlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

Çin-ABŞ münasibətlərinin bir müddətdir iki dövlət başçısı tərəfindən müəyyən edilmiş konstruktiv strateji sabitlik yolu ilə irəlilədiyini bildirən Van İ deyib ki, liderlər səviyyəsindəki diplomatiya Çin-ABŞ münasibətlərinin əsas dayağıdır. O vurğulayıb ki, tərəflər bərabərlik, hörmət və qarşılıqlı fayda ruhunda yüksək səviyyəli təmasların növbəti mərhələsinə hazırlaşmalı, kommunikasiyanı gücləndirməli, əməkdaşlığı inkişaf etdirməli, fikir ayrılıqlarını idarə etməli və bir-birinin əsas maraqlarına hörmət etməlidir.

Tərəflər Yaxın Şərqdəki vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Share