Azərbaycan XİN Fransanı ölkəmizə qarşı qərəzli iddialardan çəkinməyə çağırıb

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı qərəzli iddialardan çəkinməyə çağırıb

19.09.2026 Off By Füzuli İsmayılov

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” iddiaları ilə əsaslandırmağa çalışmasını qətiyyətlə pisləyir və rədd edirik.

Hakimiyyət.info.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim olunması və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.

“Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz. Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.

Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq”, – deyə şərhdə qeyd olunub.

Share