ABŞ husilərlə danışıqlar aparır

ABŞ husilərlə danışıqlar aparır

19.09.2026 Off By Füzuli İsmayılov

ABŞ Prezidenti Donald Tramp Amerika tərəfinin Yəməndəki husilərlə əlaqə saxladığını açıqlayıb.

Hakimiyyet.info.az xəbər verir ki, Tramp “NewsNation”a müsahibəsində ABŞ-nin husilərlə danışıqlar apardığını bildirib.

“Biz husilərlə müzakirələr aparırıq və onlar razılığa gələ biləcəyimizi görmək istəyirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, ötən həftə husilər Yəmən hökumət qüvvələrinə qarşı hücuma keçərək ölkənin Qırmızı dəniz sahil xəttinin böyük hissəsinə, eləcə də Bab əl-Məndəb boğazına bitişik ərazilərə nəzarəti ələ keçiriblər.

Share