Ağdərədə 28 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb

Ağdərədə 28 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb

19.09.2026 Off By Füzuli İsmayılov

Ağdərə rayonunda elektrik cərəyanının vurması nəticəsində ölüm hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, Goranboy rayonunun Yeniyol kənd sakini, 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektrik xəttinin çəkilişi işləri zamanı elektrik cərəyanının təsirinə məruz qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Share