Leysan yağışları Batumidə həyatı iflic edib

Leysan yağışları Batumidə həyatı iflic edib

19.09.2026 Off By Füzuli İsmayılov

Batumidə güclü yağış nəticəsində bir neçə küçə su altında qalıb. Şəhərin Aqmaşenebeli, Kobaladze, Ximşiaşvili və Abuseridze küçələrində problemlər yaranıb. Evlərin birinci mərtəbələri, zirzəmilər və ictimai iaşə obyektlərinə su dolub.

Hakimiyyet.info.az xəbər verir ki, yollarda su hərəkəti də çətinləşdirib.

Yerli sakinlər güclü yağışlar zamanı daşqınların baş verdiyini və bunun hərəkətə mane olduğunu bildirirlər.

Share