Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

20.09.2026 Off By Füzuli İsmayılov

Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 20-də səhər saatlarında şərq istiqamətində yaxınmənzilli ballistik raket buraxıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb. Raketin yerli vaxtla saat 15:00 radələrində buraxıldığı, təxminən 450 kilometr uçduğu bildirilir.

Raket buraxılışı KXDR-in ABŞ, Cənubi Koreya və Yaponiyanın Koreya yarımadası yaxınlığında keçirdiyi üçtərəfli hərbi təlimlərə lazımi cavab veriləcəyi ilə bağlı bəyanatından sonraya təsadüf edir.

Qeyd edək ki, KXDR sentyabrın 12-də də bir neçə yaxınmənzilli ballistik raket buraxılışı həyata keçirib.

Share