Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

22.09.2026 Off By Füzuli İsmayılov

Sentyabrın 23-də 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasından qidalanan 10 kV-luq “Şıxmahmud” hava elektrik xəttində təmir-bərpa işləri aparılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu səbəbdən sabah saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud, Xəlilli və Uzunoba gölünün ətraf ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Share