Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

23.09.2026 Off By Füzuli İsmayılov

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla müəyyənləşdirilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Share