Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi

23.09.2026 Off By Füzuli İsmayılov

Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb.

Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Qəza nəticəsində onların övladı, 2026-cı il təvəllüdlü Quliyev Rəvan Məğrur oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Share