İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

23.09.2026 Off By Füzuli İsmayılov

İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən sanksiyaların əsas zərbəsinin əhalinin həssas təbəqələrinə dəydiyini bildirib.

Hakimiyyet.info.az xəbər verir ki, o, bunu BMT-nin Baş Assambleyasının 81-ci sessiyasında Yüksəksəviyyəli Müzakirələr zamanı çıxışında deyib.

“İran sanksiyalara məruz qalır. Xəstələr, günahsız insanlar, yoxsullar və cəmiyyətimizin ən həssas təbəqələri bu sanksiyaların hədəfinə çevrilirlər”, – deyə İran Prezidenti vurğulayıb.

Pezeşkianın sözlərinə görə, sülh və sabitlik üçün bütün ölkələrə münasibətdə eyni standart tətbiq edilməlidir: “İran xüsusi münasibət istəmir. Biz bərabər hüquqlar istəyirik və bununla yanaşı, üzərimizə düşən məsuliyyəti də qəbul edirik”.

İran Prezidenti əlavə edib ki, sanksiyaların və təzyiqlərin artırılması ölkəsinin mövqeyini dəyişməyəcək: “Sanksiyalar, artan təzyiq və güc dili qarşısında İran xalqının müqaviməti yalnız artacaq. Biz heç vaxt başımızı əyməyəcəyik”.

Share