Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb
23.09.2026Fransa Azərbaycanda 2023-cü ilin dekabrından etibarən saxlanılan Fransa vətəndaşı Martin Ryanın Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi qərarını məmnunluqla qarşılayıb.
Hakimiyyet.info.az xəbər verir ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bu qərarın humanitar xarakter daşıdığı vurğulanıb və Fransa tərəfinin həmin addımı alqışladığı bildirilib.
“Azərbaycan Prezidentinin əfv qərarı iki ölkə arasında diplomatik təmasların davam etdirilməsi baxımından mühüm humanitar addımdır”, – deyə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.











