Xocavənddə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Xocavənddə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

23.09.2026 Off By Füzuli İsmayılov

Xocavənd rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə iki minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Qəza zamanı Beyləqan rayonunun Yuxarı Aran kənd sakini, 1979-cu il təvəllüdlü Elnur Qarayev və Örənqala kənd sakini, 1981-ci il təvəllüdlü Səxavət Məmmədov xəsarət alıblar.

Hər iki yaralı tibbi yardım göstərilməsi üçün Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share