Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

24.09.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ombudsman Səbinə Əliyeva şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub, dahi rəhbərin əziz xatirəsi ehtiramla yad olunub.

Səfər çərçivəsində ombudsman Səbinə Əliyeva müraciət edən şəxsləri qəbul edib.

Qəbul zamanı müxtəlif sosial, iqtisadi və hüquqi xarakterli məsələlərlə bağlı müraciətlər dinlənilib. Müraciətlərdə mülkiyyət və əmlak, məhkəmə qərarlarının icrası, sosial təminat və əlilliyin qiymətləndirilməsi, tibbi yardım, məşğulluq, vətəndaşlıq və digər hüquqi məsələlərə dair problemlər qaldırılıb.

Ombudsman hər bir müraciətçini fərdi qaydada qəbul edərək qaldırılan məsələləri dinləyib, onların hüquq və azadlıqlarının təmin olunması ilə bağlı müvafiq hüquqi izah və tövsiyələr verib.

Həlli ilə bağlı tədbirlərin görülməsi mümkün olan məsələlər üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətdə saxlanılacağı və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı müraciətçilərə hüquqi məsləhətlər verilib, həmçinin ombudsmana müraciət imkanları barədə məlumat çatdırılıb.

Share