Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

24.09.2026 Off By Füzuli İsmayılov

Qazaxıstanda Aktau qarnizonunda təlim zamanı hərbçilərin ölümü ilə bağlı cinayət işi açılıb və təhqiqat aparılır.

Hakimiyyet.info.az Qazaxıstan Baş Prokurorluğuna istinadla xəbər verir ki, fakt üzrə istintaq qrupu yaradılıb. Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri və Prokurorluq əməkdaşları hadisə yerindədirlər.

Hadisənin bütün hallarını hərtərəfli, tam və obyektiv şəkildə müəyyən etmək üçün bir sıra istintaq hərəkətləri aparılır. Lazımi məhkəmə-tibbi ekspertizaları təyin edilib.

İstintaqın gedişatı xüsusi nəzarət altındadır.

Qazaxıstan Müdafiə Nazirliyi sentyabrın 24-də Xəzər dənizi sahilindəki Manqistau bölgəsində keçirilən hərbi dəniz təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən dəniz dalğalarının 19 hərbçini apardığını bildirmişdi.

Nazirliyin məlumatına görə, doqquz hərbçi həlak olub, üçü xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib. Qalan şəxsi heyətin axtarışı davam edir.

Share