Azərbaycan və Albaniya arasında idman əməkdaşlığı müzakirə olunub
25.09.2026Sentyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulayla görüşüb.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Albaniya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.











