Azərbaycan Şimali Makedoniya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib 

Azərbaycan Şimali Makedoniya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib 

25.09.2026 Off By Füzuli İsmayılov

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlər nəzərdən keçirilib. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji sahəsində birgə fəaliyyətin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər iqtisadi gündəlikdə olan tərəfdaşlıq məsələləri, prioritet layihələrin reallaşdırılması və ölkələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanlarının formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Share