Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər

27.09.2026 Off By Füzuli İsmayılov

27 Sentyabr – Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Bakıda Zəfər parkını ziyarət ediblər.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Share