ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.202627 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin (ANAMA) sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti üzvləri və struktur bölmə rəhbərləri Zəfər parkını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a ANAMA-dan bildirilib. Agentlik nümayəndələri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canların fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.











