Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib 

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib 

27.09.2026 Off By Füzuli İsmayılov

Sentyabrın 27-də Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət ediblər. 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kollektiv Zəfər abidəsinin önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildirib. 

Müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü tamam oldu.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Share