Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

29.09.2026 Off By Füzuli İsmayılov

Bakı Ekspo Mərkəzində təşkil olunan “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra görüşlər keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Belarus Dövlət Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, yeni nəsil texnologiyaların tətbiqi imkanları, müvafiq sahədə təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Share