Rusiyada hərbi təyyarə qəzaya uğrayıb – ölənlər var
29.09.2026
Rusiyanın Müdafiə Nazirliyi Amur vilayətində hərbi təyyarənin qəzaya uğraması xəbərini təsdiqləyib.
Hakimiyyet.info.az xəbər verir ki, qəzaya uğrayan hava nəqliyyat vasitəsi – Tu-95 modelindən olan təyyarədir və qəza təlim-məşq uçuşu zamanı baş verib.
Hadisə nəticəsində ekipajın altı üzvü həlak olub, bir nəfər yaralanıb. Təyyarə uçuşu döyüş sursatı olmadan həyata keçirib. Hadisənin bütün hallarının müəyyənləşdirilməsi üçün Rusiya Aerokosmik Qüvvələrinin komissiyası qəza yerinə yola düşüb.











