MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

30.09.2026 Off By Füzuli İsmayılov

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Türkmənistanın “Avaza” milli turizm zonasında keçiriləcək.

Hakimiyyet.info.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, xarici işlər nazirləri bu il MDB çərçivəsində görülən işlərin ilkin yekunlarını nəzərdən keçirəcək və Birlik daxilində çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. 2026-cı ildə qeyd olunacaq MDB-nin 35 illiyinə xüsusi diqqət yetiriləcək.

Nazirlərin gələn il üçün xarici işlər nazirlikləri arasında çoxsəviyyəli məsləhətləşmələr planını təsdiqləyəcəyi, həmçinin MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının tarixini və yerini razılaşdıracağı da gözlənilir.

Təsdiqlənmiş sənədlərin əksəriyyətinin MDB Dövlət Başçıları Şurasının müzakirəsinə təqdim edilməsi planlaşdırılır. Şuranın iclası oktyabrın 9-da yenə “Avaza”da keçiriləcək.

Share