“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

30.09.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486 (Cild I); 2024, № 4, maddə 437, № 5 (II kitab), maddə 589; 2025, № 2, maddələr 201, 206, № 12 (II kitab), maddə 1218; 2026, № 5 (II kitab), maddə 475) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na 1 nömrəli əlavə – “Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəlinin “AC4” sətrinin dördüncü abzasında “orqanlarının” sözü “başçılarının” sözü ilə əvəz edilsin və həmin abzasa ikinci halda “dairələri” sözündən sonra “üzrə” sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2493 (Cild I); 2024, № 4, maddə 437; 2025, № 2, maddə 201, № 12 (II kitab), maddə 1218) ilə təsdiq edilmiş “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin 8.7.4-cü yarımbəndinin birinci abzasında “orqanlarının” sözü “başçılarının” sözü ilə, “nümayəndələrinin” sözü “üzrə nümayəndələri” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 30 ” “ sentyabr ” 2026-cı il

№ 317

Share