Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

01.10.2026 Off By Füzuli İsmayılov

Rusiya Silahlı Qüvvələri Baş Qərargahı payız çağırış kampaniyası çərçivəsində təxminən 120 min nəfərin hərbi xidmətə göndəriləcəyini bildirib.

Hakimiyyet.info.az “İnterfax” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilati və Səfərbərlik İdarəsinin rəisi Yevgeni Burdinski məlumat verib. Onun sözlərinə görə, çağırışçıların xidmət yerlərinə yola salınması oktyabrın 10-dan başlayacaq. Uzaq Şimal bölgələrində və kənd təsərrüfatı işləri ilə məşğul olanlar üçün isə bu müddət fərqli tarixlərə nəzərdə tutulub.

Baş Qərargah rəsmisi xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, 2026-cı il ərzində ümumilikdə 261 min nəfərin hərbi xidmətə cəlb edilməsi planlaşdırılır. Kampaniya çərçivəsində ölkə üzrə 2,5 mindən çox çağırış komissiyası fəaliyyət göstərir.

Xatırladaq ki, bundan əvvəl – iyulun 15-də Rusiya Müdafiə Nazirliyi yaz çağırış kampaniyası zamanı 141 min nəfərin silahlı qüvvələrə göndərildiyini açıqlamışdı.

Share