Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

01.10.2026 Off By Füzuli İsmayılov

Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb.

Hakimiyyet.info.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Sergiyev Posad şəhər dairəsinin Krasnozavodsk şəhərində yerləşən müəssisənin ərazisində baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Hadisə zamanı əməkdaşlar 4 nömrəli sexdə olublar və partlayış nəticəsində sex tamamilə dağılıb.

Hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır.

Share