Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

02.10.2026 Off By Füzuli İsmayılov

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 2-də Mingəçevirdə vətəndaşlarla görüşüb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, tədbirə Goranboy, Mingəçevir və Yevlaxdan olan sakinlər qatılıb. Görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Görüşdən əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Mingəçevirdəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Share