Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub
03.10.2026Tovuzda baş verən hadisənin təfərrüatları məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası – 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.











