Bakının bəzi yollarında sürət həddi endirilib
03.10.2026Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hazırda Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi saatda 40 kilometrə endirilib.
Heydər Əliyev prospekti–Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr azaldılıb.
Bununla əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib. Həmçinin bütün tablolarda “Sürüşkən yol” xəbərdarlıq işarəsi aktivləşdirilib.
Sürücülərdən hava şəraitini nəzərə almaları, müəyyən edilmiş sürət həddinə və yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunur.











