Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

04.10.2026 Off By Füzuli İsmayılov

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.

Hakimiyyet.info.az xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv D Liqasının 2-ci qrupunda Litva yığmasını sınağa çəkib.

Bakıda “8-ci kilometr” stadionunda oynanılan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev vurub.

Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi qrupda liderliyi ələ keçirib. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

Share