Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

04.10.2026 Off By Füzuli İsmayılov

Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvarın Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən avtomobil yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan qadın sərnişin xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share