Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

05.10.2026 Off By Füzuli İsmayılov

Neytral sularda qarğıdalı daşıyan Türkiyəyə məxsus mülki gəmi iki Rusiya dronunun dəhşətli hücumuna tuş gəlib. Gəminin göyərtəsində Azərbaycan və Hindistan vətəndaşları olub.

Hakimiyyet.info.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

“Hazırda əldə etdiyimiz məlumata görə, təəssüf ki, gəminin kapitanı həlak olub. Daha bir nəfərin taleyi müəyyənləşdirilir. Ekipajın 11 üzvü xilas edilib, onlardan biri yaralanıb”, – deyə o qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna vəziyyətin gərginliyinin azaldılması və Qara dənizdə təhlükəsizliyin təmin olunması üçün dəfələrlə konkret addımlar təklif edib.

“Üçüncü ölkələr tərəfindən də müvafiq təkliflər irəli sürülüb. Lakin Rusiya normal gəmiçilik əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyinin bərpası üçün səylər göstərilməlidir. Bunda maraqlı olan hər kəs səmimi şəkildə kömək etməlidir”, – deyə Ukrayna Prezidenti əlavə edib.

Share