Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub
05.10.2026Fransada məktəblilərin kütləvi etirazları zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub, bəzi məktəblər yandırılıb və qarət edilib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduar Jefre “France 2” telekanalının efirində bildirib.
Nazirin sözlərinə görə, ölkə üzrə davam edən etirazlar səbəbindən oktyabrın 5-də 400-dən çox məktəbdə əyani dərslər keçirilməyəcək.
Qeyd edək ki, məktəblilərin etirazları ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda ölkənin digər ərazilərinə də yayılıb. Etirazçılar müəllim çatışmazlığı, dərs cədvəllərinin həddən artıq yüklənməsi və təhsil sistemindəki digər problemlərdən narazıdırlar.











