Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib
05.10.2026Ağstafada 2 nəfərə kəsici-deşici alətlə xəsarət yetirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, onlar rayon sakinləri – 2005-ci il təvəllüdlü X.Vəliyev və onun qardaşı, 2003-cü il təvəllüdlü N.Vəliyevdir.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər, onların vəziyyətinin kafi olduğu bildirilir.











