Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

05.10.2026 Off By Füzuli İsmayılov

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı 8376-ya, xəstəlikdən ölənlərin sayı isə 4042-yə yüksəlib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə KDR-in Səhiyyə Nazirliyi məlumat yayıb.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktoru Jan Kasya virusun ölkə ərazisində yayılmasının davam etdiyini bildirərək, onun qonşu dövlətlər üçün də təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatı epidemiyaya qarşı mübarizə üçün əlavə resursların ayrılmasına çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə may ayında xəstəliyin yayılmasını digər ölkələr üçün də təhlükə yaradan fövqəladə vəziyyət kimi qiymətləndirib və region üçün risk səviyyəsinin artdığını açıqlayıb.

Səhiyyə orqanlarının məlumatına görə, may ayında başlayan epidemiyaya Ebola virusunun nadir “Bundibugyo” variantı səbəb olub. Virusa qarşı uğurlu peyvənd hələ mövcud deyil.

Share