İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb
06.10.2026İstanbulun Başakşehir rayonunda orta məktəblərdən birində şagird bıçaqla həmyaşıdlarına hücum edib.
Hakimiyyet.info.az Türkiyə mediasına istinadla xəbər verir ki, ilkin məlumatlara görə, Şeyx Şamil adına məktəbin 5 şagirdi yaralanıb. Yaralanan qızlar xəstəxanaya çatdırılıb, məktəblilər təhsil müəssisəsindən təxliyə olunublar.
İstanbul valiliyi bildirib ki, yerli vaxtla saat 08:40-da baş verən insidentin səbəbi şagirdlər arasında mübahisə olub.
Hücum edən şagird polis tərəfindən saxlanılıb.











