İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir

08.10.2026 Off By Füzuli İsmayılov

Türkiyənin İstanbul Valiliyi şəhərin Maltepe rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altından 1 nəfərin meyitinin tapıldığını açıqlayıb. Daha 3 nəfərin axtarışları davam edir.

Hakimiyyet.info.az xəbər verir ki, dağıntıların altında qaldıqları ehtimal olunan şəxslərin xilas edilməsi məqsədilə bölgəyə 60-dan çox texnika, çox sayıda canlı qüvvə və xüsusi təlim keçmiş itlər cəlb olunub.

İndiyədək dağıntıların altından 10 nəfər xilas edilib.

Share