Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
09.10.2026Moskvanın Vnukovo və Şeremetyevo hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Hakimiyyet.info.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Vnukovo və Şeremetyevo aeroportlarında hava gəmilərinin enişinə və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir”, — deyə məlumatda bildirilir.











