Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

09.10.2026 Off By Füzuli İsmayılov

Almaniyanın Bavariya əyalətinin Bernqau şəhərində yerli dövlət qurumunun iki əməkdaşını odlu silahdan atəş açaraq qətlə yetirən şəxs saxlanılıb.

Hakimiyyet.info.az yerli mediaya istinadla xəbər verir ki, hadisə 60 yaşlı şəxsin evində adi silah yoxlaması zamanı baş verib. Öldürülən əməkdaşlardan biri qadındır.

Hadisədən dərhal sonra həmin şəxsin saxlanılması üçün polis tərəfindən əməliyyat keçirilib və onun evi mühasirəyə alınıb. Xüsusi təyinatlı əməliyyat bölməsinin və zirehli texnikanın da cəlb olunduğu əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Onun əməliyyat zamanı güllə yarası aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Share