İranın cənub-şərqində partlayış baş verib – yaralılar var

İranın cənub-şərqində partlayış baş verib – yaralılar var

09.10.2026 Off By Füzuli İsmayılov

İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində baş vermiş partlayış nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, polis avtomobilinin hərəkət etdiyi marşrutun kənarında yerləşdirilmiş partlayıcı qurğu işə salınıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Share