Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb
10.10.2026Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, hava həyəcanı çalınandan cəmi bir neçə dəqiqə sonra Kiyevdə güclü partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlarından birinin ərazisinə düşüb, azı 6 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.











