Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
10.10.2026Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətinə endirdiyi idarəolunan bombalar nəticəsində həlak olan mülki şəxslərin sayı 17 nəfərə çatıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Həlak olanlardan 3-ü uşaqdır. Daha 18 nəfər xəsarət alıb, onlardan da 3-ü uşaqdır.
Axtarış-xilasetmə əməliyyatları davam edir.











