Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub
11.10.2026Biləsuvar rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı ölənin və xəsarət alan şəxslərin kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur. Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil oğlu isə ölüb.











