NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

13.10.2026 Off By Füzuli İsmayılov

Azərbaycan ilə NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub. Tədbir planına uyğun olaraq, istirahət günlərində qonaqlar Bakı şəhərinin tarixi-mədəni məkanları və muzeyləri ilə tanış olublar.
​Hakimiyyət.info.az xəbər verir ki,Heydər Əliyev Mərkəzini və Zəfər Muzeyini ziyarət edən nümayəndə heyətləri zəngin təəssüratlarla ayrılıblar.

Share