Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
15.10.2026Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məktəbin damının çökməsi nəticəsində 18 şagird və bir müəllim həyatını itirib.
Hakimiyyet.info.az BBC-yə istinadla xəbər verir ki, hadisə zamanı 40 nəfər xəsarət alıb, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Dağıntılar altında bir neçə uşağın qaldığı ehtimal olunur.











