Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

17.10.2026 Off By Füzuli İsmayılov

ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sərəncamda bildirilib.

Sənədə əsasən, Tramp “Qrem qanunu” çərçivəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbirlərin tətbiqini dayandırmaq qərarına gəlib. Həmin tədbirlər Rusiyadan neft və qaz alan aparıcı ölkələrə 100 faizədək tariflərin, eləcə də Rusiya idxalına 500 faizlik tarifin tətbiqini nəzərdə tuturdu.

Qərar qeyri-müəyyən müddətə qüvvədə qalacaq. Bununla belə, ABŞ Prezidenti gələcəkdə mövqeyini dəyişərək tədbirlərin tətbiqinə başlaya bilər. Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş sanksiyalar isə qüvvədə qalır.

“Bloomberg” agentliyinin məlumatına görə, bu qərar ABŞ-yə Çin, Hindistan və Türkiyə kimi Rusiya enerji resurslarının əsas alıcıları ilə münasibətlərdə əlavə gərginlikdən yayınmağa imkan verə bilər.

Share