Qazaxda 12 yaşlı qızı avtomobil vurub
17.10.2026Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayonun Kosalar kəndi ərazisində hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobili yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.











