Kiyevə raket zərbələri zamanı Ukrayna–Azərbaycan Biznes Assosiasiyasının ofisinə ziyan dəyib
19.10.2026Rusiya ordusunun oktyabrın 18-dən 19-na keçən gecə Kiyevə endirdiyi raket zərbələri nəticəsində “Tərəzi” Ukrayna–Azərbaycan Biznes Assosiasiyasının ofisinə ziyan dəyib.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, Kiyev şəhəri, Vadım Hetman küçəsi, 1-B ünvanında yerləşən ofisin pəncərə konstruksiyaları və daxili hissələri dağılıb, avadanlıqlara zərər vurulub.
Assosiasiyanın prezidenti Cəlal Hüseynov AZƏRTAC-a bildirib ki, təşkilatın əməkdaşları arasında xəsarət alan olmayıb. Ofisə dəyən ziyan müəyyənləşdirilir.
Qeyd edək ki, “Tərəzi” Assosiasiyası Ukrayna və Azərbaycan arasında ticarət-iqtisadi, investisiya və işgüzar əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir.











